Sabahdan Azərbaycana idxal edilən tütün məmulatlarına tətbiq edilən aksiz dərəcəsi artırılır.
Eləcə də bax: Xaricdən gətirilən siqaretlərə - VERGİLƏR KƏSKİN ARTIRILDI
FED.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında" 17 fevral 2020-ci il tarixli qərarında əksini tapıb.
Qərar dərc edildiyi gündən 30 gün sonra – martın 19-da qüvvəyə minir.
Qərara əsasən, aksiz dərəcəsi tərkibində tütün olan siqarillalar və tərkibində tütün əvəzləyicisi olan siqarillaların 1 000 ədədi üçün 20 manatdan 31 manata qaldırılıb.
Aksiz dərəcəsi tərkibində tütün olan siqaretlər və tərkibində tütün əvəzləyicisi olan siqaretlərin 1 000 ədədi üçün isə 28 manatdan 39 manata qaldırılıb.
Apa