Azərbaycanda bütün vergi ödəyicilərini, xüsusilə şirkətləri maraqlandıran «riskli vergi ödəyicisi» ilə bağlı qaydalarda ciddi dəyişikliklər edilib.
FED.az xəbər verir ki, 2024-cü ildə qüvvəyə minəcək Vergi Məcəlləsində əsas yeniliklərdən biri «riskli vergi ödəyicisi»nin meyarları ilə bağlıdır. Bu barədə «Bizcon Audit» MMC şirkətinin təşkil etdiyi Vergi Məcəlləsinə dəyişikliklərə həsr olunmuş təlimdə məlumat verilib.
Özəl klinikalar üçün 50% vergi güzəşti veriləcək – QANUN DƏYİŞİB
Tədbirdə «Bizcon Audit» MMC-nin rəhbəri, vergi məsələləri üzrə tanınmış mütəxəssis Anar Bayramov bildirib ki, riskli vergi ödəyiciləri ilə bağlı meyarlarla bağlı 2020-ci ildən etibarən qərar qəbul olunub və bu qərarda çatışmayan cəhətlər də var: «Yəni, riskli vergi ödəyicisi siyahısına düşmə meyarları var idi, amma buradan çıxış meyarları yox idi».
Bundan başqa, ekspertin sözlərinə görə, «riskli vergi ödəyicisi» siyahısına düşmə meyarları, çox ağır idi. Bir çox müəssisələr hətta heç bir aidiyyatı olmadığı halda, kiçik bir xətadan riskli vergi ödəyici kimi dəyərləndirildi.
İndiyədək «riskli vergi ödəyicisi» siyahısına düşmək üçün əsas meyarlardan biri riskli əməliyyatların aparılmasıdır. Riskli əməliyyatlar aparan şəxslər kimdir - fərqli mal çeşidlərinin alışı ilə satışı arasında olan fərqli mal çeşidləri təqdim edən şəxslərdir. Məsələn, «A» malını alır, amma «B» malını satır. Bir birinə yaxın olsa da, yoxlama zamanı bəlli olur ki, eyni mal deyil.
Riskli vergi ödəyicisi sayılmaq üçün digər səbəb – rəhbərinin beşdən artıq müəssisədə rəhbər vəzifədə çalışmasıdır. Digər tərəfdən bir müəssisənin riskli vergi ödəyicisinin rəhbəri olan şəxs başqa bir vergi ödəyicisinin müəssisədə rəhbər vəzifəsində çalışırsa, təsisçi, direktordursa həmin müəssisə də avtomatik olaraq riskli elan olunur: «Yəni riskli riskli vergi ödəyicisi siyahısına düşmək üçün səbəb çox idi, amma bu siyahıdan çıxmaq üçün heç bir çıxış yolu və səbəb yox idi».
Riskli vergi ödəyicisi siyahısına düşən şəxslərə qarşı ağır şərtlər tətbiq edilirdi. Məsələn onlar alış əməliyyatı edəndə riskli əməliyyatlar çərçivəsində mal alan şəxsin elektron qaimə-fakturası ləğv olunurdu, əvəzləşməsi ləğv olunurdu və sair.
Azərbaycanda lizinq əməliyyatlarında – MÜHÜM DƏYİŞİKLİK – VERGİ XİDMƏTİ AÇIQLADI
Digər tərəfdən, hazırda qüvvədə olan 265 saylı qərara əsasən riskli vergi ödəyiciləri ilə bağlı tələblər yalnız malların alqı-satqısı ilə bağlı əməliyyatlara aid idi. Yəni xidmətlərin göstərilməsi ilə bağlı əməliyyatlar üzrə riskli vergi ödəyicisi siyahısına düşmə meyarları müəyyən olunmurdu:
«Halbuki bilirik ki, xidmət sahəsində fəaliyyət göstərən şəxslər də əmtəəsiz, yəni riskli əməliyyatlar aparırlar. Bir işçisi olan şirkətlər 300, 400, 500 minlik xidmət göstərir, qaimə yazır. Xərc çox olmasa da, 1 vergi ödəyici 3, 4, 5 fiziki şəxslər açırdı. Ordan guya özünə xidmət alırdı, xərc formalaşdırırdı, həm pulunu nağdlaşdırırdı, həm də xərcini şişirdirdi»-deyə ekspert bildirir.
2024-cü ildən Vergi Məcəlləsinə ediləcək dəyişikliklər nəticəsində isə bu məsələlər optimallaşdırılılıb, daha da konkretləşdirilib: «Eyni zamanda cərimələr də konkretləşdirildi. İndiyədək bu məsələlər, qeyri-müəyyən idi, kiminsə zövqünə görə idi, mübahisələr yaranırdı və yaxud da kim halqlıdır kim haqsızdır, bəlli olmurdu. Amma bu düzəlişlərlə o şərtlər sadələşdirildi».
Növbəti ildən qüvvəyə minməsi gözlənilən, yəni riskli vergi ödəyicisinin meyarları ilə bağlı qərarda – hansı ki, hazırda müzakirədədir – xidmət göstərən şəxslərin riskli vergi ödəyicisi siyahısına düşməsi ilə bağlı məsələlərdə əksini tapıb.
Yeni şərtlərə əsasən uyğun iqtisadi resursları, işçi resursları, avadanlıqları, texnikası olmayan, uyğun gəlməyən xidmətlərin göstərilməsi də artıq riskli vergi ödəyicisi kimi qeydə alınmaq üçün səbəblərdən biri olacaq.
Digər bir səbəb – indiyədək olduğu kimi, fərqli malların alışları, elektron qaimə fakturaları, yük gömrük bəyannaməsi və digər analoji alışı alış aktı, yəni alışın rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər olmadan satış işinin həyata keçirilməsidir ki, belələri də riskli vergi ödəyicisi sayılacaq.
Bu iki əməliyyat – hadisə hadisə baş verdiyi zaman vergi ödəyicisi riskli elan olunur.
Amma indiyədək olan qaydalardan fərqli olaraq gələn ildən etibarən qüvvəyə minəcək qaydalarda riskli vergi ödəyicisi siyahısından çıxış meyarları da yer alacaq.
Şıxış meyarlarından biri ondapn ibarətdir ki, əgər vergi ödəyicisi əmindir ki, öz təsdiqedici sənədləri var ki, bu malın satışı və ya xidmətlərin göstərilməsi üçün onun potensialı var, bununla bağlı sənədləri təqdim edir. Bu hal araşdırılandan sonra izahat məktubları, təsdiqedici sənədlər və ya vergi, müvafiq dövlət orqanlarının təsdiqedici məlumatlar əsasında müəyyən edilərsə, bu halda həmin müəssisə riskli vergi ödəyicisi siyahısından çıxır.
Vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahasından çıxarılması üçün daha bir səbəb onun «dəymiş zərəri» ödəməsi, yəni həmin əməliyyatdan büdcənin itirdiyi məbləği geri qaytarması olacaq. Söhbət nədən gedir?
Bu hazırda da təcrübədə istifadə olunur. Riskli əməliyyata səbəb olan qaimə ləğv ediirsə və onun vergisi büdcəyə ödənilirsə. Və ya digər analoji hallarda vergi ödəyicisi vergi öhdəliyini icra edərsə, artıq onun həmin o riskli əməliyyat etməyə heç bir səbəbi, gözləyəcək faydası qalmırsa, artıq riskli vergi ödəyicisi meyarlarından çıxmaq üçün bir səbəbi var. Həmin ödəyici ərizə ilə müraciət edir, üç iş günü ərzində onun adı- əgər bu öhdəliyi icra edirsə, vergi zərərini dövlət büdcəsinə ödəyirsə - riskli vergi ödəyicilərinin siyahısından çıxılacaq.
Gələn ildən etibarən riskli vergi ödəyiciləriqə qarşı ilk dəfə olaraq cərimələr də tətbiq ediləcək.
Əmtəəsiz əməliyyatlar elən şəxslər üçün, bu birinci dəfə baş verirsə, həmin əməliyyatın dəyərinin 10 faizi miqdarında, bu hal ikinci dəfə baş verdikdə əməliyyatın dəyərinin 20 faizi dəyərində, daha sonra isə artan qaydada cərimələr və sanksiyalar nəzərdə tutulub.
Digər bir məsələ – bəzən başqasından mal alan və buna görə özü də bilmədən riskli vergi ödəyicisi siyahısına düşən vergi ödəyicisi bildirir ki, o qarşı tərəfin vəziyyətindən məlumatsız olub. Yəni onda həmin malın doğrudan da olub olmamasını əvvəlcədən bilməyib.
Bununla bağlı da Vergi Məcəlləsində dəyişiklik edilib və vergi ödəyicisi üçün həm vəzifə, həm də hüquq müəyyən edilib. Belə ki, vergi ödəyicisinin vəzifəsidir ki, mal aldığı təşkilata əvvəlcədən müraciət edərək həmin malın onun sahibliyində olması, ehtiyac varsa, göstəriləcək xidmətlə bağlı zəruri işçi qüvvəsinin olması ilə bağlı təsdiqedici sənədlər tələb etsin. Yəni bu sənədləri tələb etmək alıcı tərəf üçün vəzifə kimi müəyyən edilib.
Əgər satıcı tərəf bu tələbə əməl etmirsə və kommersiya sirri olduğunu əsas gətirərək həmin sənədləri təqdim etmirsə, o zaman alıcı tərəfin hüququdur ki, bununla bağıl vergi orqanına müraciət etsin. Öz növbəsində vergi orqanı alıcı tərəfə həmin məlumatları əldə etmək imkanı yaradır.
Anar Bayramovun sözlərinə görə, gözlənilən düzəlişlər riskli vergi ödəyiciləri ilə bağlı bütün məsələləri həll etməsə də, indiyədək açıq və qeyri-müəyyən qalan əksər məsələlər həllini tapacaq.
«Məsələn, hazırda böyük şirkət olan alıcı tərəflər bu qaydanı tətbiq edirlər. Hətta qarşı tərəfin lazımi işçi qüvvəsinə malik olmasına əmin olmaq üçün ondan işçilərlə bağlanan əmək müqavilələrini və sair sənədləri də tələb edirlər».