2024-cü ildə Vergi Məcəlləsinə ediləcək dəyişikliklərin bir hissəsi səhiyyət sahəsinə aid olacaq.
FED.az xəbər verir ki bu barədə «Bizcon Audit» MMC-nin təşkil etdiyi Vergi Məcəlləsinə dəyişikliklərə həsr olunmuş təlimdə məlumat verilib.
Tədbirdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəis müavini Əvəz Quliyev bildirib ki, 2024-cü ildə səhiyyə sektorunun veriyə cəlb olunması ilə bağlı ciddi dəyişiklikər var.
Bunlardan birincisi klinikalar üçün sevindirici xəbərdir.
Belə ki, növbəti ildən etibaən tibb müəssisəəri tərəfindən göstəriləcək tibbi xidmətlərə görə nağdsız qaydada, yəni posterminal vasitəsilə ödənilən dövriyyənin 50%-i ƏDV tutulan əməliyyatların dövriyyəsindən çıxılacaq: «Və bu azalma nəticəsində tibb müəssisələrinin faydalandıqları, yəni faktiki olaraq müştəridən alınan, amma dövlət büdcəsinə hesablanmayan ƏDV-nin məbləğləri də onların sərəncamında qalır və həmin hissə də mənfəət vergisindən azad olunacaq»-deyə Quliyev bildirib.
Onun sözlərinə görə, dəyişikliklərdə əsas məqsəd klinikaların dövriyyələrinin şəffaflaşdırılmasıdır.
«Burada məqsəd ondan ibarətdir ki, klinika aparılan təhlillər nəticəsində müəyyən olunur ki, ƏDV-li xərclər onların ümumi xərclərinin 50-55%-ni təşkil edir. Onlarda ƏDV-li xərc elementləri az olduğuna görə, hesablama nəticəsinə onlarda bir növ ƏDV yükü yaranır və bu da hesaba olunur ki, onlarda şəffaflaşmanın da qarşısını aan məsələlərdən biridir»-deyə Vergi Xidmətinin nümaynədəsi bildirib.
«Ona görə də son dövrlər aparılan siyasətin nəticəsi olaraq klinikalara konseptual yanaşma tətbiq olunur. Yəni həm nağdsız dövriyyələrindən formalaşan hissəyə güzəşt verilir. Eyni zamanda ötən illərdən klinikalarda ƏDV kəşbək rejiminin tətbiqinə başlanılıb və bunun üçün nəzarət kassa aparatı tətbiq olunur».
Tibbi sahəsində növbəti dəyişikliklərdən biri icbari tibbi sığorta fondunun vəsaitləri hesabına göstərilən tibbi xidmətlərin ƏDV-dən azad olması müddəti 2024-cü ildən başlayaraq daha 3 il müddətinə uzadılacaq. Bu qayda təkcə İTSF-nin vəsaitləri ilə məhdudlaşdırılmır, eyni zamanda Yaşat Fondu, Qarabağ Dirçəliş Fondu və Heydər Əliyev Fondu kimi ictimai-sosial əhəmiyyətli fondların vəsaitləri hesabına da göstəriləcək tibbi xidmətlər ƏDV-dən azad ediləcək.
Digər tərəfdən ölkədə fəaliyyət göstərən 4 tibbi cərrahiyyə bazaları mövuddur ki, bunların da göstərdiyi xidmətlərin ƏDV-dən azad olması nəzərdə tutulur.