İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) ölkə iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların vergi qanunvericiliyinin tətbiqi ilə bağlı qarşılaşdıqları çətinliklər və təkliflərinin öyrənilməsi istiqamətində əməkdaşlığı və görüşləri davam etdirir.
FED.az xəbər verir ki, növbəti belə görüş DVX-nin Vergi siyasəti baş idarəsi, “Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası” və ictimai iaşə sektorunu təmsil edən bir sıra vergi ödəyicilərinin iştirakı ilə baş tutub.
Görüş zamanı iaşə sektorunun mövcud vəziyyəti və inkişafı ilə bağlı təkliflər səsləndirilib, dövlətin dəstək mexanizmləri və vergi tənzimləmələri barədə müzakirələr aparılıb. DVX əməkdaşları tərəfindən vergi qanunvericilyinin bəzi aspektəri izah olunub, işitrakçıların sualları cavablandırılıb və gələcəkdə belə görüşlərin davam etdirilməsinin zəruriliyi diqqətə çatdırılıb.