“Yaşıl iqtisadiyyat"ın stimullaşdırılmasında vergi siyasətinin rolu böyükdür.
"Azərbaycanda iqlim hədəflərinə dəstək verən sənayelərə vergi güzəştləri kifayət qədərdir"
FED.az xəbər verir ki, bunu Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli DVX ilə Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (İOTA) birlikdə keçirdiyi Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forumda çıxışı zamanı deyib.
O qeyd edib ki, bunu nəzərə alaraq bərpa olunan enerji mənbələrinə sərmayə qoyuluşunun, istehsal sektorunda və ixrac olunan məhsullarda “karbon izi”nin azaldılmasına yönələn siyasətin vergi alətləri vasitəsilə dəstəklənməsi milli vergi sisteminin diqqət mərkəzindədir. Ətraf mühitin qorunması üçün bir çox tədbirlər həyata keçirilir və vergi alətləri də bu tədbirlərə fəal dəstək verir.
"Ökədə dayanıqlı iqtisadi inkişafın və iqlim əsaslı "yaşıl iqtisadiyyat"a keçidin təmin edilməsi yalnız vergiqoyma siyasəti və yaxud bizneslərin üzərinə əlavə vergiqoyma ilə deyil, həm də bərpa olunan enerji mənbələrindən istifadə və yaxud "yaşıl texnologiyalar"dan istifadənin vergilərlə təşviqi hesabına mümkündür", - deyə DVX rəisi əlavə edib. (Apa)