Azərbaycanda vergilərin 96 %-ə yaxını dövlət büdcəsinə könüllü ödəmə şəklində daxil olur.
Mikro sahibkarlar üzrə vergi güzəşti ləğv edilir - 20 FAİZ VERGİ ÖDƏNİLƏCƏK
Azərbaycanda vergi ödəyicilərinə borcunu ödəmək üçün - VAXT VERİLƏCƏK
Yük daşıma ilə məşğul olan şəxslər üçün – VERGİLƏR ARTIRILIR – MƏCƏLLƏYƏ DƏYİŞİKLİK
FED.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bunu qurumun rəis müavini Samirə Musayeva bildirib.
O, sahibkar-dövlət münasibətlərində etimadın artdığını qeyd edərək, nəticə etibarilə vergi öhdəliklərinin könüllü yerinə yetirilməsində müsbət dinamikanın olduğunu vurğulayıb. Vergi rəsmisi qeyd edib ki, son vaxtlar aparılan inzibatçılıq və qanunvericilik islahatları vergi öhdəliklərinə əməletmənin asanlaşmasına şərait yaradıb, qeyri-neft sektoru üzrə büdcəyə vergi daxilolmalarının artım tempi qeyri-neft ÜDM-nin artım tempini üstələyib.