“Cari ildə ölkədə iqtisadi artımın gücləndirilməsi üçün hökumətin dəstəyi mühüm amillərdən biri olub”.
Eləcə də bax: Bu il Neft Fondundan büdcəyə transfert - Proqnozdan Az Olacaq
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, 108 minədək fərdi sahibkara 113 milyon manatdan çox maliyyə dəstəyi göstərilib: “
Heç şübhəsiz ki, ötən il və bu il pandemiya ilə bağlı olan dəstək paketi bu il müşahidə etdiyimiz iqtisadi artımın sürətləndirilməsinə öz müsbət təsirini göstərib. Artıq həm əlavə gəlirlərin əldə edilməsi, həm qeyri-neft ixracının artımı imkan verəcək ki, 2021-ci ildə Dövlət Neft Fondundan nəzərdə tutulan transfertin məbləği proqnozdan az istifadə edilsin”
Nazir xüsusilə vurğulayıb ki, özəl sektordan daxlolmaların sürəti daha yüksəkdir:
“Bunun ümumi daxilolmalarda çəkisi 57 %-ə çatıb. İqtisadi artımın sürətlənməsi ilə yanaşı vergidən yayınma ilə mübarizə də vergi daxilolmalarının proqnozdan çox olmasına səbəb olub. İqtisadiyyatda dövriyyələrin şəffaflaşdırılması prosesi davam edir. Ticarət sferasında dövriyyələrin leqallaşdırılması prosesi də gedir və bu sahədə də rəqabətli sistem qurulub. “ƏDV-ni geri al” layihəsi çərçivəsində 120 milyon manata yaxın vəsait qaytarılıb və bu xidmətdən 1,6 milyon manata yaxın insan faydalanmaqdadır”.