11 fevral Azərbaycanın vergi orqanlarının yaranmasının 25 illiyi və vergi xidməti işçilərinin peşə bayramı ilə əlamətdardır.
Azərbaycanda biznesin qeydiyyatı prosesində - MÜHÜM YENİLİKLƏR BAŞ VERİB – DƏYİŞİKLİKLƏR DAVAM EDƏCƏK
FED.az xəbər verir ki, bu münasibətlə sosial şəbəkə hesablarında paylaşım edən iqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizdə reallaşan iqtisadi inkişaf strategiyasının vergi sisteminin iqtisadi tənzimləmədə rolunu əhəmiyyətli şəkildə artırdığını vurğulayıb: “Müasir vergi siyasəti fiskal öhdəlikləri yerinə yetirməklə yanaşı, sahibkarlığın inkişafını, biznes ekosisteminin təkmilləşməsini, sabit, şəffaf və rəqabətli fəaliyyəti, iqtisadi artımı və diversifikasiyanı təmin edən fəal iştirakçıdır. Vergi daxilolmalarının davamlı artımı maliyyə sabitliyinə, sosial layihələrin icrasına və vətəndaşların rifahına mühüm töhfələr verir”.
Nazir paylaşımında vergi işçilərini təbrik edib: “Hörmətli vergi işçiləri, hər birinizə peşə bayramı münasibətilə təbriklərimizi çatdırır, işlərinizdə uğurlar və nailiyyətlər arzulayırıq. İqtisadi inkişafa töhfələriniz, ölkəmizin mənafelərinə sadiqliyiniz və fədakar əməyiniz üçün təşəkkürlər”.