Azərbaycanda ətraf mühitin qorunması, ekoloji dayanıqlılığın təmin edilməsi iqtisadiyyatın bütün sektorlarında dövlətin təşviq alətləri ilə əhatə edilib.
Vergi Məcəlləsinə dəyişikliklər layihəsi Milli Məclisin komitə iclasında təqdim edilib
FED.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva bildirib.
"Bu alətlərdən biri vergi təşviqidir. Bir neçə ildir ki, ölkəyə idxal edilən elektrik mühərrikli və hibrid avtomobillərinin idxalı və satışı ƏDV-dən azad edilib", - deyə o qeyd edib. (Report)