Əsas cavab tapılması sual odur ki, biz vergini haradan toplayacağıq? Kapital, mənfəət hesabına, yoxsa istehlak hesabına?
Azərbaycanda vergi ödəməyənləri - BİABIR EDƏCƏKLƏR - YENİLİK
FED.az xəbər verir ki, bunu Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı bildirib.
Dövlət Vergi Xidmətinin rəisi deyib ki, bu gün müzakirələrdə səslənən fikirlərdə ziddiyyətlər var: “Bir tərəfdən deyirik ki, gəlin mənfəət vergisini azaldaq, optimallaşdıraq, digər tərəfdən də deyirik ki, əlavə dəyər vergisini optimallaşdıraq. Bu yolların birini seçməliyik. Çünki hər birinə eyni vaxta getsək, büdcənin qeyri-qeyri neft sektorundan gəlirləri azalacaq”.
Orxan Nəzərli qeyd edib ki, bu baxımdan əlavə dəyər vergisi (ƏDV) mövzusuna ehtiyatlı yanaşmalıyıq: “Mən ƏDV-nin optimallaşdırılması və diferensiallaşdırılmasına isti baxmıram”. (Apa)