"ƏDV geri al" layihəsinin başlamasından indiyədək vətəndaşlara 70 mln. manatdan çox vəsait qaytarılıb.
Eləcə də bax: Azərbaycanda ƏDV-nin artım tempi - Qeyri-neft ÜDM-ni 5%-ə Yaxın Üstələyib
FED.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.
Nazir bildirib ki, layihənin başlanmasından bir il ötür: "İqtisadiyyatın şəffaflaşdırılması istiqamətində mühüm əhəmiyyət kəsb edən bu layihəyə ictimaiyyət arasında böyük maraq var". (Apa)