Bu ilin yanvar-may aylarında Azərbaycan dövlət büdcəsinə vergi daxilolmaları 3,8 mlrd. manatdan çox olub.
Eləcə də bax: Dövlət Vergi Xidmətinin gəlirləri 57%, xərcləri isə - 28% Artıb
FED.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.
Nazir bildirib ki, daxilolmalar üzrə proqnoz 127,1% icra edilib.
"Artım əsasən qeyri-neft sektorunun hesabına olub. Bu sahə üzrə daxilolmalar 2,754 mlrd. manat təşkil edib və proqnozdan əlavə büdcəyə 471,8 mln. manat ödənilib", - nazir qeyd edib. (Apa)