Xəbər verildiyi kimi, Dövləti Vergi Xidməti 2024-cü ildə ən çox vergi ödəyən şirkətlərin siyahısını açıqlayıb.
Azərbaycanda ən çox vergi ödəyən ticarət şəbəkələri - SİYAHI, MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, siyahıda 100 ən böyük vergi ödəyicisinin arasında Azərbaycanda fəaliyyət göstərən ən iri telekommunikasiya şirkətləri də var.
Ən çox vergi ödəyən şirkət sıralamasında birinci yeri "Azercell Telekom" MMC tutur. Şirkət 127,6 milyon manat vergi ödəyərək bazardakı dominant mövqeyini bir daha təsdiqləyib.
"Bakcell" MMC isə 41,8 milyon manat vergi ödənişi ilə ikinci sırada yer alır. Şirkət həmçinin Azərbaycanda geniş xidmətlər təklif edən ilk mobil operatorlardan biridir.
Üçüncü sırada isə "Azerfon" MMC, yəni "Nar" mobil operatoru gəlir və şirkət dövlət büdcəsinə 25,8 milyon manat vergi ödəyib.
Ümumilikdə, bu telekommunikasiya şirkətləri 2024-cü ildə dövlət büdcəsinə cəm halda 195,2 milyon manat vergi ödəyiblər.