Ötən müddət ərzində bir sıra elektron xidmətlərin əhatə dairəsi genişləndirilib.
FED.az xəbər verir ki, bu barədə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesə daxilolma” İşçi qrupunun rəhbəri, Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva İşçi qrupun iclasında bildirib.
O bildirib ki, sahibkarlar artıq öz məlumatlarının dəyişdirilməsini proaktiv olaraq həyata keçirilir.
"Ən böyük yenilik xarici və yerli investisiyalı hüquqi şəxslərin elektron dövlət qeydiyyatının eyni əsaslarla təmin olunmasıdır", - deyə Samirə Musayeva vurğulayıb.
O bildirib ki, hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlər reyestri haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilib:
Bunlar xarici investisiyalı MMC-lərin e-dövlət qeydiyyatı zamanı işçilərlə ilk dəfə bağlanmış əmək müqaviləsi məlumatlarının e-ərizəyə daxil edilməsi və qeydiyyat prosesi başa çatdıqdan (şəhadətnamə, çarş ve nizamnamə e-kabinetə göndərildikdən) sonra həmin məlumatların ƏƏSMN-nin e-informasiya sisteminə ötürülməsi;
Xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı zamanı elektron ərizədə ünvanı təsdiq edən sənədin əlavə edilməsinə dair tələbin aradan qaldırılmasıdır.
"Daha bir yenilik BMT-nin qərarlarına uyğun sanksiya tətbiq edilmiş fiziki şəxslərin və qurumlanın hüquqi şəxs təsis etmək hüquqlarının məhdudlaşdırılmasıdır.
Milli qanunvericilikdə qeydiyyatla bağlı standartlara baxmışıq - deyə rəis müavini bildirib.