Vergi Məcəlləsinə 164.1.54 - 164.1.55-ci maddələr əlavə edilir.
Eləcə də bax: Azərbaycana gətirilən 20 qrama qədər qızıl məmulatlarına aksiz güzəşti - Ləğv Olunur
FED.az xəbər verir ki, əlavə edilən maddələrə görə,
-qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı və emalı işlərinin görülməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında dəzgahların, avadanlıqların və qurğuların idxalı,
-külçə, sikkə və ya qranul şəklində qızılın və gümüşün satışı 2021-ci il yanvarın 1-dən 3 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad edilir.
Qeyd edək ki, bu gün Milli Məclisdə Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi başlayıb.
AKSİZDƏN AZADOLMA LƏĞV EDİLİR
Digər bir dəyişikliyə (188-ci madddəyə) görə, 20 qram qızılın, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almazın aksizdən azad edilməsi ləğv edilir. (Marja)