Qiymətləndirmə fəaliyyətinə dair yeni məhdudiyyət müəyyənləşir.
FED.az xəbər verir ki, bu, Milli Məclisin mayın 1-də keçiriləcək pllenar iclasında müzakirəyə çıxarılacaq Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Eləcə də bax: Milli Məclisin iclasının gündəliyi - AÇIQLANIB - TAM SİYAHI
Qüvvədə olan Vergi Məcəlləsinə görə qiymətləndirici məhkəmə qərarlarına əsasən verilən icra vərəqələri daxil olduqdan 10 gün müddətində icra məmuru tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada dəvət olunur.
Hazırda əmlakın hərracda satılması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış əmlakı, qanunvericiliyə müvafiq olaraq tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna edilməklə, "Qiymətləndirmə fəaliyyəti haqqında" qanuna uyğun olaraq qiymətləndirici tərəfindən qiymətləndirilir. Layihəyə əsasən, istisnalar sırasına vergi ödəyicisinin siyahıya alınmış əmlakının məhkəmənin qərarı ilə qiymətləndirildiyi halın daxil edilməsi təklif olunur. Başqa sözlə, vergi ödəyicisinin siyahıya alınmış əmlakının məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, vergi ödəyicisinin siyahıya alınmış əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçiriləcək.