“Vergi daxilolmalarında müşahidə olunan artımın mühüm hissəsi qeyri-neft-qaz sektorunun payına düşür”.
Eləcə də bax: Bu il toplanan vergilərin məbləği 70%-ə yaxın artdı - MİKAYIL CABBAROV AÇIQLADI
FED.az xəbər verir ki, məlumatı iqtisadiyyat naziri Mikayıl Cabbarov paylaşıb.
“Bu ilin 8 ayında qeyri-neft-qaz sektorundan vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 1.434,8 milyon manat və ya 33,6% artaraq 5.698,8 milyon manat olub”, - iqtisadiyyat naziri əlavə edib.