İyunda bankların ödəniş xidməti şəbəkəsi üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin iyun ayının sonu ilə müqayisədə bankomatların sayı 4,7 faiz, POS-terminalların sayı 17,2 faiz artıb.
Eləcə də bax: Baş nazir POS terminallarla bağlı - Qərar İMZALADI
FED.az Mərkəzi Banka istinadla xəbər verir ki, iyunun 30-na fəaliyyət göstərən 26 bankın filiallarının sayı 492, şöbələrinin sayı 96, ATM-lərin sayı 2935 olub. Hesabat ayında bank sektorunda çalışanların sayı 0.7 faiz (147 nəfər) artaraq 21 min 526 nəfər təşkil edib. Ümumilikdə, cari ilin 6 ayında bank sektorunun işçi sayı 5,9 faiz və ya 1197 nəfər artıb. (Azərtac)