"Pilot Residence" MTK Yaşayış Kompleksinin külli miqdarda vergi borcu yaranıb.
Eləcə də bax: “Park City”nin büdcəyə 3 milyon manatdan çox - BORCU VAR
FED.az xəbər verir ki, şirkət 753 min manat vergi borcunu dövlətə ödəməkdən imtina edib. Buna görə də Dövlət Vergi Xidməti MTK-nı məhkəməyə verib.
İddia təmin olunarsa borc şirkətin əmlakları müsadirə olunaraq ödəniləcək.
Qeyd edək ki, şirkətin rəhbəri Emil Tağıyev Arif oğludur. "Pilot Residence" Bakıda iki böyük yaşayış kompleksina sahibdir. (Kriminalqafqaz)