Mənim çörək (lavaş) sexim var və istehsal etdiyim məhsulları vətəndaşlara satıram. Bu halda yeni nəsil kassa aparatı quraşdırmalıyammı?
Azərbaycanda ƏDV ödəyicilərinin sayı - 5,3 FAİZ ARTIB
FED.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi tərəfindən istehsal edilmiş hazır məhsulların özünə məxsus təsərrüfat subyektləri (obyektlər) vasitəsilə satışı həyata keçirildikdə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 6.4-cü bəndinin müddəalarına əsasən, həmin məhsulların bu təsərrüfat subyektlərinə (obyektlərə) göndərilməsi “Hazır məhsulların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilir.
Vergi ödəyicisi tərəfindən istehsal edilmiş hazır məhsullar (mallar) vergi ödəyicisi olan digər şəxslərə təqdim edildikdə, malların alıcısına Vergi Məcəlləsinin 71-1-ci maddəsində nəzərdə tutulmuş müddətlərdə elektron qaimə-faktura təqdim olunur.
Eyni zamanda, Vergi Məcəlləsinin müddəalarına əsasən, vergi ödəyicisi tərəfindən hazır məhsulların (malların) təsərrüfat subyektlərində pərakəndə qaydada satışı nəzarət-kassa aparatı tətbiq olunmaqla həyata keçirilməli və alıcılara nəzarət-kassa aparatının çeki təqdim edilməlidir.
Əsas: Vergi Məcəlləsinin 16-cı maddəsi və Prezidentin 2017-ci il 16 iyun tarixli fərmanı