Özəl sektordan vergi daxilolmaları artıb.
Eləcə də bax: "Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları artıb"
FED.az xəbər verir ki, bunu forumda iştirak edən iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.
"2022-ci ilin yanvar-aprel aylarında qeyri-neft-sektorunun özəl bölməsi üzrə vergi daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 44,7%, neft sektorunda xarici və yerli subpodratçıların vergiləri istisna olmaqla, özəl sektordan daxilolmalar 45% artıb", - nazir yazıb.