2025-ci ildə vergi ödəməkdən yayınma faktları üzrə Dövlət Vergi Xidməti tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ümumilikdə 980 cinayət işi başlanıb.
Vergilər dövlət büdcəsinə hər ay 1,5 milyard manat gətirir
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu, Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.
Məlumata əsasən, bu göstərici 2024-cü illə müqayisədə 53,8% artıb. 2024-cü ildə bu göstərici 637 olub.
Dövr ərzində cinayət xarakterli 77 material üzrə vurulmuş 18,7 mln. manat məbləğində ziyan ibtidai istintaq zamanı tam ödənilib. Əlavə olaraq tətbiq edilmiş maliyyə sanksiyaları ilə birlikdə ümumilikdə 21,7 mln. manat məbləğin dövlət büdcəsinə ödənilməsi təmin edildiyinə görə həmin materiallar üzrə cinayət işinin başlanılması rədd edilib.
Hesabat dövründə ibtidai istintaqı tamamlanmış cinayət işləri, o cümlədən cinayət işinin başlanması rədd olunmuş cinayət xarakterli materiallar üzrə vurulmuş 202,7 mln. manat məbləğində ziyandan ibtidai istintaq zamanı maliyyə sanksiyaları ilə birlikdə 156 mln. manat məbləğin dövlət büdcəsinə ödənilməsi təmin olunub.











