Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.
FED.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, indiyədək ölkə ərazisində 95.741 ədəd yeni nəsil NKA quraşdırılıb. Belə kassa aparatlarından istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.
2023-cü il ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 22 milyard manata yaxın olub ki, bu da 2022-ci il illə müqayisədə 14,2 faiz çoxdur.