Qeyri-neft-qaz sektoru üzrə vergi dövriyyələrinin həcmi artmışdır.
Şirkət və sahibkarların vergidən azad olması üçün – DAHA BİR ÜSUL – KLASTER YARADIN
FED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli bu gün keçirilən “Vergi sistemi yeni inkişaf dövründə: davamlı iqtisadiyyat üçün strateji hədəflər” adlı Forumda deyib.
Belə ki, 2023-cü ildə əvvəlki illə müqayisədə dövriyyələrin həcmi 10,2%, ƏDV dövriyyələrinin həcmi 10,6% və E-qaimə faktura üzrə dövriyyələrin həcmi 15,6% artmışdır.
O çıxışında əlavə edib ki, yeni nəsil NKA-lar üzrə dövriyyələrin həcmi 2023-cü il ərzində 22 mlrd manat təşkil etmişdir.
Ötən il qeyri-neft sektoru üzrə dövriyyələrin həcmində artım göstəriciləri 10,2 faizin, ƏDV üzrə dövriyyələrdə 10,6 faizin, o cümlədən elektron qaimə-faktura üzrə dövriyyələrdə 15,6 faizin üzərində olub. Dövriyyələrin şəffaflaşmasında mühüm rol oynayan yeni nəsil nəzarət-kassa-aparatları üzrə dövriyyələrin həcmi 2023-cü ildə 22,0 mlrd. manata çatıb.