Gübrələrdən istifadə kənd təsərrüfatının dinamik inkişafı və məhsuldarlığın artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Hazırda qüvvədə olan qanunvericiliyə əsasən, yalnız mineral gübrələrin idxalı və satışı ƏDV-dən azaddır.
Azərbaycanda istehsal olunan avtomobillərin satışının ƏDV-dən azad olunması üçün şərt açıqlandı
FED.az xəbər verir ki, kənd təsərrüfatı məhsulları istehsalçılarının gübrəyə əlçatanlığının artırılması, əhalinin ekoloji təmiz kənd təsərrüfatı məhsulları ilə təminatının gücləndirilməsi, tullantı kimi ətraf mühitə atılan xammalın emala cəlb edilməsi məqsədilə orqanomineral gübrələrin də idxalı və satışının ƏDV-dən azad edilməsi nəzərdə tutulur. Belə ki, 2026-cı ildən etibarən mineral gübrələrlə yanaşı, üzvi və üzvi-mineral gübrələrin idxalı və satışından ƏDV tutulmayacaq.
Bu dəyişikliklər nəticəsində kənd təsərrüfatı məhsulları istehsalçılarının xərclərinin azalacağı gözlənilir ki, bu da öz növbəsində son istehlak qiymətlərinə təsir edəcək. Eyni zamanda, əhalinin ekoloji təmiz və keyfiyyətli kənd təsərrüfatı məhsullarına çıxış imkanları artacaq, sektorun inkişafı və davamlılığı güclənəcək.










