İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.
Bu xidmətlərə görə ƏDV-nin 50 faizi qaytarılacaq - FƏRMAN
FED.az bu barədə Vergi Xidmətinə istinadən xəbər verir.
İndiyədək ölkə ərazisində 104.019 ədəd belə NKA quraşdırılıb. Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyələrə nəzarətin təmin edilməsinə imkan yaradıb.
2024-cü ilin yanvar-dekabr ayları ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 24 milyard 541,3 milyon manatdan çox olub ki, bu da 2023-cü illə müqayisədə 2,6 milyard manat və ya 12 faiz çoxdur.