Pandemiyanın təsirinə məruz qalmış sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə bir sıra vergi güzəştləri, tətillər şamil ediləcək.
Eləcə də bax: Bu sahibkarlara - 250 MANAT YARDIM EDİLƏCƏK
FED.az xəbər verir ki, bunu İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov AzTV-də deyib.
O qeyd edib ki, bununla bağlı qanunvericiliyə təklif edilən dəyişikliklər artıq hazırdır:
“Təkliflər yaxın günlərdə təsdiq olunacaq. Burada xüsusiylə mikro və orta sahibkarlıq subyektlərinə diqqət yetirilib. Onlara müəyyən müddətli vergi güzəştləri şamil olunacaq. Eyni zamanda, mövcud vəziyyətdə təlabatı nəzərə alaraq əhalinin ərzaq və digər tibbi məhsullara ehtiyacı nəzərə alınır. Bilirik ki, tibbi məhsullar Azərbaycanda kifayət qədər istehsal olunmur. Bunlar həm ölkəyə idxal olunur, həm də bunların gələcəkdə Azərbaycanda istehsalı üçün xammalın idxalına müəyyən gömrük, vergi rüsumları və əlavə dəyər vergisi tətbiq olunur. Məhz bu güzəştlər də bu sahəyə tətbiq olunacaq ki, ƏDV bir müddət tətbiq olunmasın. Eyni zamanda, mənfəət, gəlir və əmlak vergilərinin cari vergi ödənişindən müddətli azadolmalar nəzərdə tutulur. Hesab edirik ki, bu cür vergi stimulları sahibkarlıq subyektlərinin fəaliyyətini bərpa etməsində mühüm olacaq”.
Qafqazinfo