Ödəmə qabiliyyətini itirmiş bankların əmlaklarına dair vergi güzəştinin müddəti 2 il artırılır.
Mikro sahibkarlar üzrə vergi güzəşti ləğv edilir - 20 FAİZ VERGİ ÖDƏNİLƏCƏK
Azərbaycanda vergi ödəyicilərinə borcunu ödəmək üçün - VAXT VERİLƏCƏK
Yük daşıma ilə məşğul olan şəxslər üçün – VERGİLƏR ARTIRILIR – MƏCƏLLƏYƏ DƏYİŞİKLİK
FED.az xəbər verir ki, bu, Milli Məclisin sabah keçiriləcək iclasının gündəliyinə daxil edilən Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna görə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) qərarına əsasən aldığı problemli aktivlərin (borcların) əvəzində əldə etdiyi, onun mülkiyyətində (balansında) olan və siyahısını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırdığı əmlaka görə 2019-cu il yanvarın 1-dən 5 il müddətinə əmlak vergisini ödəməkdən azaddır. Bu müddət gələn il yanvarın 1-də bitir.
Layihəyə əsasən, bununla bağlı əmlak vergisini ödəməkdən azadolma 2019-cu il yanvarın 1-dən 7 il müddətinə olacaq.