Azərbaycanda iri neft emalı zavodlarının (NEZ) yenidən qurulması layihəsi çərçivəsində avadanlıq və materialların idxalı daha 2 il müddətinə vergidən azad edilir.
Eləcə də bax: Heydər Əliyev adına NEZ-in təmirə dayandırılma müddəti - DƏYİŞDİRİLİR
FED.az xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif edilən əlavə və dəyişikliklərdə öz əksini tapıb.
Hazırda qüvvədə olan Məcəlləyə əsasən, iri neft emalı zavodlarının yenidən qurulması layihəsi çərçivəsində avadanlıqların və materialların idxalı 2020-ci il yanvarın 1-dən 2 il müddətinə vergidən azaddır. Dəyişikliyə əsasən, həmin müddət 4 il olacaq. (REport)