İqtisadiyyat Nazirliyinin Kollegiyası “Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalar”a dəyişiklik edib. Sənədə İqtisadiyyat naziri Mikayıl Cabbarov imza atıb.
Azərbaycanda kameral vergi yoxlamaları ilə bağlı dəyişiklik edilib
FED.az xəbər verir ki, yeni dəyişikliklə, vergi ödəyicisi, sığortaedən və ya sığortalı fəaliyyətini dayandırdıqda, ləğv olunduqda və ya fəaliyyətinə xitam verildikdə, bu barədə ərizədə göstərilən tarixdən 30 gün müddətində bəyannamə təqdim etməlidir.
Qeyd edək ki, əvvəl normal fəaliyyət göstərənlərlə fəaliyyəti dayandıranlar üçün eyni qayda var idi. Halbuki, əgər bir şirkət və ya fərdi sahibkar ləğv olunubsa və ya fəaliyyəti dayanıbsa, onun daha əvvəldən bağlanmış hesabat öhdəliklərini rəsmiləşdirmək üçün ayrıca müddət təyin olunmalı idi.
Dəyişiklik 4 aprel 2025-ci il tarixli Kollegiya Qərarı ilə təsdiqlənib.