Aktiv vergi ödəyicilərinin sayına baxsaq, bu göstərici 2019-cu illə müqayisədə 1,8 dəfə artaraq 2024-cü ildə 806,9 min təşkil edib.
FED.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün keçirilən “Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” adlı Forumda deyib.
O bildirib ki, iqtisadi sistem üçün əhəmiyyətli hesab etdiyimiz kateqoriya, yəni ƏDV ödəyicilərinin sayı 52,8 min təşkil edir. Burada da 3 dəfəyə yaxın artım var