2023-cü ilin yanvar-noyabr ayları ərzində Naxçıvan Muxtar Respublikasında 5.521 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bunların 90,5%-i fiziki, 9,5%-i hüquqi şəxslər və digər təşkilatlar olub.
Mikro sahibkarlar üzrə vergi güzəşti ləğv edilir - 20 FAİZ VERGİ ÖDƏNİLƏCƏK
FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Qeyd edilir ki, ötən ilin eyni dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 1,9 dəfə, o cümlədən fiziki şəxslərin sayı 1,7 dəfə, hüquqi şəxslərin sayı isə 18 dəfə artıb.
Yanvar-noyabr aylarında kommersiya qurumlarının 66%-i elektron qaydada, 34%-i isə kağız daşıyıcılar vasitəsilə müraciətlər əsasında uçota alınıb.