Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti vergi inzibatçılığının təkmilləşdirilməsi prosesini davam etdirir.
Naxçıvandakı obyektlərin 70%-də yeni nəsil nəzarət kassa aparatı quraşdırılıb
Dövlət Vergi Xidmətindən FED.az-a bildirilib ki, bu, vergiödəyicilərinə xidmətin keyfiyyətində və vergi ödəmələrinin artımında öz əksini tapır.
Məlumata əsasən, 2023-cü ilin birinci rübündə muxtar respublikada bütün vergilərin təxminən 81 faizi könüllü ödənilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergilərin könüllü bəyan edilməsində 4,2 dəfə, könüllü ödənilməsində isə 1,5 dəfə artım müşahidə olunub.
Ötən ilin yanvar–mart aylarına nisbətən bu ilin birinci rübü ərzində ümumilikdə vergi yoxlamalarının sayı 10 dəfə azaldılıb, səyyar vergi yoxlaması isə təyin edilməyib.