Bu ilin I yarısında Naxçıvan MR-da məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 72,4 milyon manat təşkil edib.
Naxçıvanda vergi ödəyicilərinin sayı - 2,1 DƏFƏ ARTIB
FED.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,8 % çoxdur.
6 aylıq daxilolmaların 19,9 milyon manatı qeyri-büdcə təşkilatlarının payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 17,4 % çoxdur.
Hesabat dövründə muxtar respublikada işsizlikdən sığorta haqları üzrə daxilolmalar isə 1,9 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16,2 % çoxdur.