2023-cü il sentyabr ayının 1-nə Naxçıvan Muxtar Respublikasında 4.000 yeni vergi ödəyicisi qeydiyyata alınıb.
Vergi və sosial sığorta haqlarını ödəməkdən yayınmaya görə - CİNAYƏT MƏSULİYYƏTİ - VİDEO
FED.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, bunların 89,4 faizi fiziki, 10,6 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin eyni dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 2,1 dəfə, o cümlədən fiziki şəxslərin sayı 1,9 dəfə, hüquqi şəxslərin sayı isə 33 dəfə artıb.
Yanvar-avqust aylarında kommersiya qurumlarının 63 faizi elektron qaydada, 37 faizi isə kağız daşıyıcıları vasitəsilə edilmiş müraciətlər əsasında uçota alınıb.