Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.
9 ayda istehlakçılara 113 milyon manat - ƏDV QAYTARILIB
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən FED.az-a verilən məlumata görə, 2023-cü ilin 1 oktyabr tarixinə muxtar respublika ərazisində 1980 ədəd yeni nəsil nəzarət-kassa aparatı quraşdırılıb. Yanvar-sentyabr aylarında belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 145,8 milyon manat olub.
Həmin dövr ərzində “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 553,2 min manatdan çox, təkcə sentyabr ayında isə 90,8 min manat ƏDV məbləği geri qaytarılıb. Yanvar ayı ilə müqayisədə sentyabr ayında istehlakçılara qaytarılan məbləğ 4,3 dəfə artıb.