Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da ƏDV ödəyiciləri tərəfindən təqdim edilmiş elektron qaimə-fakturalar üzrə 178,9 milyon manatdan çox, əldə olunmuş elektron qaimə-fakturalar üzrə isə 214,1 milyon manatdan çox dövriyyə qeydə alınıb.
Naxçıvanda sosial sığorta haqları üzrə daxilolmalar - 37 milyon manatdan çox olub
FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Bildirilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə təqdim edilmiş elektron qaimə-fakturalar üzrə 2,1 dəfə, əldə olunmuş elektron qaimə-fakturalar üzrə 2,6 dəfə artım müşahidə olunub.