Naxçıvan Muxtar Respublikasında sentyabr ayının 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 13,6 faiz artaraq 14.258 olub.
Naxçıvanda vergi ödəyicilərinin sayı - 2 DƏFƏ ARTIB
FED.az xəbər verir ki, hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 36,4 faiz çoxalaraq 431 təşkil edib. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 12,3 faiz artaraq 5.024-ə çatıb.