Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.
Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı - 14%-Ə YAXIN ARTIB
FED.az xəbər verir ki, 2023-cü ilin 1 noyabr tarixinə muxtar respublika ərazisində 2.212 ədəd yeni nəsil NKA quraşdırılıb.
Yanvar-oktyabr aylarında belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 175,7 milyon manatdan çox olub.
Həmin dövr ərzində “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 652,2 min manatdan çox, təkcə oktyabr ayında isə 98,9 min manat ƏDV məbləği geri qaytarılıb. Yanvar ayı ilə müqayisədə oktyabr ayında istehlakçılara qaytarılan məbləğ 4,7 dəfə artıb.