Naxçıvan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə rəis təyin edilib.
Naxçıvana maliyyə naziri təyin edilib
FED.az xəbər verir ki, Naxçıvan Ali Məclisi sədrinin müavini Anar İbrahimovun imzaladığı 23 iyul 2024-cü il tarixli Sərəncama əsasən, Cavid Muxtar oğlu Kəngərli MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi təyin olunub.
Qeyd edək ki, Cavid Kəngərli bundan əvvəl Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində müxtəlif vəzifələrdə çalışıb, müvafiq vəzifəyə təyinatadək isə Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin rəisi olub. (Apa)