Azərbaycanda mühasibat uçotu sənədlərinin tam oxunaqlı şəkildə 5 ildən az müddətdə saxlayan vergi ödəyicisinə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.
Fiziki şəxsə icarə haqqını ödəyən şəxsin - HANSI VERGİ ÖHDƏLİYİ YARANIR?
FED.az xəbər verir ki, qanunvericiliyə edilmiş dəyişikliyə görə, mühasibat uçotu sənədlərinin tam oxunaqlı şəkildə 5 ildən az olmamaqla saxlanılması tələbinin pozulması anından ən azı 5 il keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz.
Eyni zamanda, qeyd olunmuş sənədlərin müəyyən edilmiş 5 ildən az olmayan müddətdə üzrlü səbəb olmadan saxlanılmamasına görə vergi ödəyicisinə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
01.01.2023-cü il tarixədək qüvvədə olan qanunvericiliyə əsasən, qeyd olunmuş pozuntuya görə maliyyə sanksiyası mövcud deyildi.