Yeni yaradılmış hüquqi şəxsin (MMC) təsisçisi və direktoru eyni şəxsdir. Hazırda direktoru dəyişdirməklə bağlı qərar verilib. Bunun üçün hansı prosedurlar icra edilməlidir?
Əlavə dəyər vergisi üzrə proqnoz 3%-ə yaxın artırılır
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən FED.az-a bildirilib ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 9-cu maddəsinə əsasən, hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim olunmalıdır.
Dəyişikliyin dövlət reyestrinə daxil edilməsi üçün müvafiq ərizəyə məhdud məsuliyyətli cəmiyyətin əvvəlki qanuni təmsilçisinin (direktorunun) vəzifədən azad edilməsi və yeni qanuni təmsilçinin (direktorun) təyin olunması barədə qərar (qərarlar) və yeni rəhbərin şəxsiyyət vəsiqəsinin surəti əlavə edilərək qeydiyyat orqanına təqdim olunmalıdır. Ərizə yeni qanuni təmsilçi tərəfindən təqdim edilməlidir.
Kommersiya qurumunun rəhbərinin dəyişdirilməsi ilə bağlı ətraflı məlumatla buradan tanış ola bilərsiniz: https://www.taxes.gov.az/az/page/vs2023
Əsas: DVX-nin 14 aprel 2023-cü il tarixli 2317040100442700 saylı əmri ilə təsdiq olunmuş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”