İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) və Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə startaplar, mikro və kiçik sahibkarlıq subyektləri üçün kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində yeniliklərə həsr edilmiş onlayn görüş keçirilib.
Azərbaycanda bu spirtli içkilərin aksiz vergisi - 20% ARTIRILIR
Mikro sahibkarlar üzrə vergi güzəşti ləğv edilir - 20 FAİZ VERGİ ÖDƏNİLƏCƏK
Azərbaycanda vergi ödəyicilərinə borcunu ödəmək üçün - VAXT VERİLƏCƏK
Yük daşıma ilə məşğul olan şəxslər üçün – VERGİLƏR ARTIRILIR – MƏCƏLLƏYƏ DƏYİŞİKLİK
FED.az xəbər verir ki, görüşdə DVX-nin Dövlət qeydiyyatı baş idarəsinin şöbə rəisi Leyla Hüseyn-zadə ölkəmizdə biznesə başlama sahəsində mövcud vəziyyət, aparılmış islahatlar, əldə olunmuş nəticələr və gələcək planlar barədə təqdimatla çıxış edib. O, “Dünya Bankı Qrupunun “Business Ready (B-Ready)” layihəsinin “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi” çərçivəsində görülmüş işlər barədə danışıb.
Qeyd olunub ki, Yol Xəritəsi çərçivəsində MMC-lərin qeydiyyat məlumatları dəyişikliyinin elektron qaydada aparılması ilə bağlı proqram təminatının hazırlanması prosesi artıq yekunlaşıb. Bununla yanaşı, kommersiya qurumlarının benefisiar mülkiyyətçisi (mülkiyyətçiləri) barədə məlumatların dövlət reyestrinin aparılması, riskli vergi ödəyicilərinin hüquqi şəxs təsis etmək hüququnun qanunvericiliklə məhdudlaşdırılması kimi dəyişikliklər də nəzərdə tutulub.
Hüquqi şəxslərin qeydiyyatı sahəsində görülən işlərdən danışan şöbə rəisi bildirib ki, 2023-cü ilin 10 ayı ərzində qeydiyyatdan keçmiş kommersiya qurumlarından 11.552-si (87,2 faiz) yerli investisiyalı, 1.695-i (12,8 faiz) xarici investisiyalıdır. Kommersiya qurumlarının 82,4 faizi elektron qaydada qeydiyyata alınıb, yerli investisiyalı MMC-lərin e-qeydiyyatının xüsusi çəkisi isə 95,1 faiz təşkil edib. Yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 1.831 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydiyyata alınıb ki, bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi 13,8 faiz, yerli investisiyalı MMC-lərin qeydiyyatında isə 16,0 faiz təşkil edir.
Qarşılıqlı müzakirələr şəraitində davam etdirilən tədbirdə iştirakçıların hüquqi şəxslərin qeydiyyatı, sahibkarlıq subyektinin adının dəyişdirilməsi zamanı tətbiq olunan mexanizmlər, POS-terminalların quraşdırılması ilə bağlı sualları cavablandırılıb.