“Bundan sonra rüsum toplayan qurumların hesabında rüsum qalmayacaq”.
FED.az biznes və maliyyə xəbərləri portalı Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Dövlət rüsumu haqqında” qanun layihəsinin müzakirəsində çıxış edərkən deyib.
O qeyd edib ki, yığılan rüsumlar bütövlükdə büdcəyə köçürüləcək: “Buna görə də həmin qurumlarda əməkhaqqı məsələsinə yenidən baxılacaq. Bundan əlavə, qeyd edim ki, mətbuatda minik avtomobilləri, mobil cihazlarının rüsumunun qaldırılması ilə bağlı əsası olmayan məlumatlar yayıldı.
Demək istəyirəm ki, bu sahələr üzrə rüsum artırılması nəzərdə tutulmayıb. Sadəcə Nazirlər Kabinetinin müvafiq qərarına uyğunlaşdırılıb”.