Vergi qanunvericiliyinə əsasən, həm malları sənədsiz qaydada təqdim edən vergiödəyicilərinə, həm də malları sənədsiz qaydada alan vergiödəyicilərinə münasibətdə məsuliyyət tədbirlərinin görülməsi nəzərdə tutulub.
Vergi və sosial sığorta haqlarını ödəməkdən yayınmaya görə - CİNAYƏT MƏSULİYYƏTİ - VİDEO
FED.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergiödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən müvafiq təsdiqedici sənəd olmadıqda həmin qanun pozuntusuna yol vermiş şəxsə münasibətdə Vergi Məcəlləsinin 58.8.2-ci maddəsində göstərilən maliyyə sanksiyası tətbiq olunmalıdır.
Bu zaman malların alışını və ya mədaxilini təsdiq edən müvafiq sənədlərdən ən azı biri olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə isə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq olunmalıdır.
Bununla yanaşı, Vergi Məcəlləsinin 58.8.3-cü maddəsinə əsasən gəlirlərin və xərclərin uçotu aparılmadıqda – alıcıya rəsmiləşdirilməyən xərclərin 20 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.