Çalışdığım müəssisədən keçən ilin sonunda mənə maddi yardım edilib. Bu puldan hər hansı vergi tutulurmu?
Fərdi sahibkar hansı halda sadələşdirilmiş vergi metodunu - TƏTBİQ EDƏ BİLƏR?
FED.az xəbər verir ki, Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 98.1-ci maddəsinə əsasən fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir – əməkhaqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir.
Buna əsasən, sorğunuzda qeyd olunduğu şəkildə işçilərə verilən maddi yardımlar muzdlu işlə əlaqədar alınan gəlirlərə aid edilməklə ümumi qaydada gəlir vergisinə cəlb olunmalıdır.
Əsas: Vergi Məcəlləsinin 98-ci və 101-ci maddələri.