Fiziki şəxslərin lotereya təşkilatçısı tərəfindən keçirilən lotereyalardan və idman mərc oyunları operatoru tərəfindən keçirilən idman mərc oyunlarından pul şəklində əldə etdiyi 500 manatadək uduşlar gəlir vergisindən azad edilib.
Eləcə də bax: Milli Məclis qumar oyunlarına görə cərimələri - QƏBUL ETDİ - MƏBLƏĞLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunda əksini tapıb.
Eyni zamanda, lotereya biletlərinin satıcısı ilə bağlanmış müqavilə əsasında və onun tapşırığı əsasında lotereya biletlərinin bütün mərhələlərdə agent qaydasında satışının həyata keçirilməsi üzrə göstərilən xidmətlərdən əldə olunan gəlirlər də gəlir vergisindən azad olunub.
Qeyd edək ki, hazırda qüvvədə olan qanuna əsasən, hazırda lotereyalardan pul şəklində əldə edilən uduşların 10 manatadək olan hissəsi gəlir vergisindən azaddır.