Birinci rübdə ölkə üzrə kommersiya qurumlarının sayı 14 min 801 vahid (11,5 faiz) artaraq 128 min 132 vahid təşkil edib.
Eləcə də bax: Vergilərin ödənilməsinin - SON MÜDDƏTİ AÇIQLANIB
FED.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, qeyri-kommersiya qurumlarının sayı isə 15 min 555 vahid təşkil edib. İlk üç ayda onların sayı 625 vahid (4 faiz) artıb.
Yanvar-mart aylarında xidmət, ticarət, nəqliyyat sektorunda fəaliyyət göstərəcək hüquqi şəxslərin qeydiyyatda xüsusi çəkisi daha yüksək olub, sənaye, kənd təsərrüfatı və tikintidə çalışacaq hüquqi şəxslərin xüsusi çəkisi isə əksinə azalıb.