Kənd təsərrüfatı məhsulu istehsalı ilə məşğul olan hüquqi şəxsə Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən dövlət büdcəsi vəsaiti hesabına ayrılan subsidiya məbləği mənfəət vergisinə cəlb edilirmi?
Vergiödəyicisi üçün hansı halda - POS-TERMİNALIN QURAŞDIRILMASI MƏCBURİDİR?
FED.az xəbər verir ki, Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 2023-cü il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi şəxslərin satışdankənar gəlirləri, kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar hüquqi şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyalar, həmçinin kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) rezident hüquqi şəxslərin iştirakçıları olan hüquqi şəxslərin dividend gəlirləri - 2023-cü il yanvarın 1-dən 1 il müddətinə mənfəət vergisindən azaddır.
Qeyd olunanlara əsasən, dövlət büdcəsi vəsaiti hesabına kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan hüquqi şəxsə ayrılan subsidiya məbləği hüquqi şəxsin satışdankənar gəlirlərinə aid edilməklə mənfəət vergisindən azaddır.