Azərbaycanın keçmiş vergilər naziri Fazil Məmmədov vəfat edib.
FED.az xəbər verir ki, bu barədə onun ailəsindən məlumat verilib.
Bildirilib ki, F.Məmmədov ötən gecə dünyasını dəyişib.
Qeyd edək ki, Fazil Məmmədov 1964-cü ildə anadan olub. O, 2000-2017-ci illərdə vergilər naziri vəzifəsində çalışıb. (Report)